Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neftimiz bahalaşdı

Neftimiz bahalaşdı

Tarix: 25 Dekabr 2024 10:44

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dolları, yaxud 1,49 % artaraq 75,37 ABŞ dolları olub.

Sonxeber.net xəbər verir ki, "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 73,58 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Etiketlər:  Neftimiz bahalaşdı


RƏYLƏR