Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2025 01:02
Las-Veqasda "Trump Tower" yaxınlığında "Tesla Cybertruck" elektromobilinin yanması nəticəsində bir nəfər həyatını itirib, yeddi nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Sonxeber.net musavat.com-a istinadla xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) verdiyi məlumata görə, hadisə yanvarın 1-də baş verib. Sosial şəbəkələrdə yayılan müşahidə kameralarından alınan görüntülərdə avtomobilin partlama anını görmək mümkündür.
Hadisənin başvermə səbəbləri hələlik açıqlanmayıb. Ekspertlər partlayışın texniki nasazlıq və ya xarici təsirlə əlaqəli ola biləcəyini istisna etmirlər.
Partlayış ətrafda olan insanlar arasında panikaya səbəb olub. Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə yerində xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalar aparır.
Tesla şirkəti hadisə ilə bağlı hələ rəsmi açıqlama verməyib. Elektromobilin təhlükəsizlik standartları və mümkün texniki problemlərlə bağlı suallar gündəmə gəlib.
Hadisənin təfərrüatlarının yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.