Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2025 17:56
Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov (73 kq) "İlin cüdoçusu" adını qazanmaq şansını qoruyub.
Sonxeber.net xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası Heydərovdan başqa Laşa Bekauri (90 kq, Gürcüstan) və Eldos Smetovun (60 kq, Qazaxıstan) da daxil olduğu Olimpiya çempionlarından üç namizədin adını açıqlayıb.
Qeyd edək ki, qərar Parisdə keçiriləcək "Böyük dəbilqə" turniri zamanı (1-2 fevral) açıqlanacaq.