Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2025 17:10
"Trabzonspor"un gənc futbolçusu Enis Destan şəxsi həyatında yaşadığı gərginliklə gündəmə gəlib.
Sonxeber.net xəbər verir ki, Ana Gül Destan sosial media hesabından verdiyi açıqlamalarda oğlunun seçimini sərt sözlərlə tənqid edib:
"Nə fiziki, nə də yaşı baxımından oğluma yaraşmaz. Bizim seçməyəcəyimiz birisidir".
Nişan mərasimində iştirak etmədiklərini izah edən ana, "Oğlumla dəfələrlə danışdıq, dedik ki, belə olmaz. Ancaq gəlin oğlumun yaxasından yapışır. Tələsir, qorxur ki, ondan qaçacaq".
Gül Destan gəlin namizədi Arzum Kuruçalının oğlundan 10 yaş böyük olduğunu vurğulayaraq, "Əgər özündən böyük biri ilə evlənmək istəyirdisə, adi bir peşə sahibi ilə birlikdə olmalı idi. Onun bu seçiminin məqsədi bəllidir" açıqlaması ilə diqqət çəkib. Bütün bu müzakirələrdən sonra Enis Destan sosial şəbəkədə anasını izləməyi dayandırıb. Gənc futbolçunun bu addımı gündəmə gəlib./News24.az