Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2025 21:20
"Necə ailənə, anana, bacına hörmət edirsənsə, başqasının da ailəsinə elə baxmalısan. Cavan qızdır, geyinib, sənin onunla nə işin var?".
Sonxeber.net xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində danışıb. Aparıcı kişilərə səslənərək, evli qadınlarla münasibət quranları tənqid edib:
"Bilə-bilə bu insanın ailəsi var, layiqsiz hərəkətlərini edirsənsə, bu millətdən deyilsən. Ən axırıncı adamsan. Ailə dağıdıb, uşağı gözüyaşlı qoyursan. Bəzən qadının iradəsi zəif olur. Qımıldayır... Bunun axırı cinayıt hadisəsi, ailə dağılmasıdır. Dünya doludur qızla. Nə işiniz var ailəli qadınla? Elə kişiyə cəmiyyətdə hörmət olmaz. Çirki silib təmizləmək üçün istifadə edilən parça kimidirlər". (Axşam.az)