Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Federasiya Şurası sədrinin müavini: Biz faşist əlaltılarına bəraət qazandırmağa çalışanlara qətiyyətlə qarşı çıxırıq

Rusiya Federasiya Şurası sədrinin müavini: Biz faşist əlaltılarına bəraət qazandırmağa çalışanlara qətiyyətlə qarşı çıxırıq

Tarix: 7 Dekabr 2019 11:34

Bakı. Trend:

Biz faşist əlaltılarına bəraət qazandırmağa çalışanlara, eləcə də tarixi yenidən yazmaq istəyənlərə qətiyyətlə qarşı çıxırıq.

Trend-in məlumatına görə, bunu Rusiya Federasiya Şurası sədrinin birinci müavini Vladimir Cabarov Armavir şəhərində Qaregin Njdenin xatirə lövhəsinin sökülməsini şərh edərkən deyib.

O, Njde ilə bağlı mövqeyini əvvəldən açıqladığını deyib:

“O, SS generalı forması daşıyıb, SS erməni legionunun yaradıcılarından biri olub. Mənim üçün onun tarixdəki rolu şübhə doğurmur. Mən istəməzdim ki, Qaregin Njdenin şəxsiyyəti Rusiya ilə Ermənistan arasındakı münasibətlərə ziyan vursun. Amma təsdiq etmək lazımdır ki, İkinci Dünya Müharibəsi illərində o, nasist Almaniyası ilə əməkdaşlıq edib. Mənim üçün onun rolu birmənalıdır”.


Etiketlər:  Rusiya Federasiya Şurası sədrinin müavini Biz faşist əlaltılarına bəraət qazandırmağa çalışanlara qətiyyətlə qarşı çıxırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ