Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real" La Liqanı tərk edir?

Tarix: 7 Dekabr 2019 12:04

"Real" İspaniya La Liqasını tərk etmək niyyətindədir.

Qol.az xəbər verir ki, bu iddianı Britaniyanın "The Sun" nəşri irəli sürüb. Bildirilir ki, Madrid təmsilçisi yaradılması gündəmdə olan Avropa Super Liqasında mübarizə aparmaq istəyir.

Bununla bağlı "Kral klubu"nun prezidenti Florentino Perezin  FİFA-nın prezidenti Canni İnfantino ilə görüşdüyü bildirilib. Görüşdə Perez qeyd edib ki, İngiltərədən də olan, ümumən 20 klubun iştirakı ilə özlərinin yeni liqasını yaradatmaq fikrindədirlər.

Qeyd edək ki, belə bir liqanın olması UEFA-ya alternativ turnir sayılacaq və bu, Avropanın futbol qurumu tərəfindən tanınmayacaq.

 


Etiketlər:  Real La Liqanı tərk edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ