Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən çox xəyanət bu ölkələrdə olur: Türkiyə neçəncidir?

Ən çox xəyanət bu ölkələrdə olur: Türkiyə neçəncidir?

Tarix: 23 Yanvar 2025 05:06

Xəyanət, dünyada istər sevgililər, istərsə də evli cütlüklər arasında ən başlıca problemlərdən biri hesab olunur.

Sonxeber.net xəbər verir ki, Smith Investigation Services, World Population Review və The Tech Report-un rəqəmsal platformaları vasitəsilə aparılan ən son araşdırma sevgilisi və ya həyat yoldaşını ən çox aldadan ölkələri müəyyən edib.

Dünyanın ən sədaqətsiz ölkələrini müəyyən etmək üçün aparılan araşdırmada ABŞ birinci olub.

Siyahıda ABŞ-dən sonra Almaniya, Böyük Britaniya və Tailand gəlir. Sorğuda iştirak edən amerikalıların 71 faizi partnyorunu ən azı bir dəfə aldatdıqlarını bildirib.

Bu nisbət Almaniyada yüzdə 68, İngiltərədə yüzdə 66 və Taylandda yüzdə 61 olaraq qeyd edilib.

Türkiyə bu siyahıda 10-cu yerdədir. Reytinqdə Braziliya və Fransa 57 faizlə 5-ci, Rusiya isə 53 faizlə 6-cı yerdə qərarlaşıb.

Yaponiya 49 faizlə 7-ci, Rumıniya 46 faiz, Avstraliya isə 44 faizlə üçüncü yerdədir.

Türkiyə və Kanada yüzdə 27 nisbəti ilə 10-cu yeri bölüşürlər. /medianews.az


Etiketlər:  çox xəyanət ölkələrdə olur Türkiyə neçəncidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ