Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üzeyirin 3 övladı varmış

Üzeyirin 3 övladı varmış

Tarix: 24 Yanvar 2025 15:55

"Kiçik banketlərə yüksək qonorar verəndə belə getmirəm. Düz gəlmir, səhnə də olmur. Mənə pul önəmli deyil. Başqa ölkələrdən şirkətlər zəng vurur, dəvət edir. Həmin zaman mən bu kiçik məclisdəki görüntüyə görə onlardan böyük səhnə istəyə bilmərəm. Ona görə də belə kiçik məclisə getmirəm".

Sonxeber.net xəbər verir ki, bu sözləri müğənni Üzeyir Mehtizadə "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, banketlərdən gələn dəvətlərdən imtina edir. 

Üzeyir aparıcı Aytəkin Mərdanovanın övladları ilə bağlı sualını cavabsız qoyub. İfaçı 3 övladı olduğunu təsdiqləsə də, bu haqda danışmaq istəməyib. 

"Burada ayıb heç nə yoxdur, amma danışmaq istəmirəm. Xasiyyətimlə bağlıdır. Əvvəldən beləyəm, sonradan dəyişməmişəm" deyə, müğənni bildirib. /Axşam.az


Etiketlər:  Üzeyirin övladı varmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ