Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2025 22:02
Kanada Belarus Prezidenti Aleksandr Lukaşenkonun həyat yoldaşı Qalinaya qarşı sanksiyalar tətbiq edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, ümumilikdə, yeni sanksiya siyahısına on yeni Belarus fiziki və 12 hüquqi şəxs daxil edilib.
Kanada Xarici İşlər Nazirliyi belə tədbirlərin "yanvarın 26-da Belarusda keçirilən ədalətsiz seçkilərə cavab olaraq" tətbiq edildiyini bildirir.
Onlar korrupsiya və insan haqlarının pozulmasında ittiham olunurlar.