Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə aeroportlarında YENİLİK

Türkiyə aeroportlarında YENİLİK

Tarix: 2 Fevral 2025 18:18

Türkiyənin yerli imkanlarla təkmilləşdirdiyi hava nəqliyyatının görüntüləmə proqramı - İnteraktiv Radar Analizi və Data ekranı (İRADE) ölkənin Atatürk və Çukurova aeroportlarında istifadəyə verilib.

Sonxeber.net bildirir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Qeyd edilib ki, yeni sistem ilk dəfə ötən ilin noyabr ayında İstanbul və Muğla Dalaman hava limanlarında tətbiq olunub. Türkiyənin Dövlət Hava Meydanları İdarəsi (DHMİ) tərəfindən təkmilləşdirilən yeni sistemin Trabzon, Antalya, Milas-Bodrum və Adnan Menderes aeroportlarında da qurulumu üçün işlərə start verilib və bu ilin ilk yarısında tamamlanması gözlənilir.

Nazir daha az resursla daha effektiv işləyərək, daha sürətli nəticələr verən İRADE-nin ölkənin xaricdən asılılığını azaltdığını və hər gün inkişaf edən, böyüyən aviasiya sənayesi ilə tam inteqrasiyanı təmin etdiyini bildirib. /Publika.az 


Etiketlər:  Türkiyə aeroportlarında YENİLİK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ