Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hakan Fidan: Buna dözmək niyyətində deyilik

Hakan Fidan: Buna dözmək niyyətində deyilik

Tarix: 2 Fevral 2025 18:32

Suriyanın yeni hakimiyyət orqanları üçün prioritet enerji sektorunun və hava nəqliyyatının bərpasıdır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani ilə keçirdiyi mətbuat konfransında deyib.

"Mümkün qədər tez bir zamanda ciddi addımlar atmaq lazımdır. Suriya ilə bağlı tətbiq edilən beynəlxalq sanksiyaların aradan qaldırılması da vacibdir. Bundan əlavə, Suriyanın bütün ərazisində təhlükəsizliyin təmin edilməsi və ölkədə fəaliyyət göstərən bütün silahlı qrupların Milli Ordunun komandanlığı altında birləşməsi vacibdir", - Fidan bildirib.

Türkiyə xarici işlər naziri həmçinin terrorla mübarizəni vacib proses adlandırıb.

"Biz bu prosesi yaxından izləyirik. Suriyada terrorun davam etməsinə dözmək niyyətində deyilik", - deyə Fidan Suriyanın şimalında fəaliyyət göstərən PKK qüvvələrinə işarə edib.


Etiketlər:  Hakan Fidan Buna dözmək niyyətində deyilik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ