Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2025 20:32
Niderlandın "Feyenoord" kollektivinin və Meksika millisinin hücumçusu Santyaqo Ximenes "Milan"a transfer olunub.
Sonxeber.net xəbər verir ki, bu barədə "Rossonerilər"in mətbuat xidməti məlumat yayıb.
23 yaşlı forvard yeni komandası ilə 2029-cu ilə qədər müqavilə bağlayıb. O, "Milan"da 7 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, Ximenez cari mövsüm "Feyenoord"un heyətində 19 oyunda 16 qol vurub. Futbolçu Meksika yığmasında 32 qarşılaşmada 4 dəfə fərqlənib. /Report