Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2025 18:26
Hindistanın Kəlküttə şəhərində qeyri-adi hadisə baş verib.
Sonxeber.net bildirir ki, qadın ərini böyrəyini qara bazarda 1 milyon rupiyə (19 500 AZN) satmağa razı salıb.
O, bunun qızlarının təhsil alması və evlənməsi üçün lazım olduğunu bildirib. Kişi buna razı olub və böyrəyini sözügedən qiymətə qeyri-qanuni şəkildə satıb. Əməliyyatdan çıxan kişi arvadını tapa bilməyib. Məlum olub ki, qadın pulları götürərək sevgilisi ilə qaçıb.
Kişi hadisə ilə bağlı polisə şikayət edib. Hadisədən sonra onlar boşanıb, lakin hər ikisi polis tərəfindən nəzarətə götürülüb. /Unikal