Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müsavat mühacir alveri ilə bağlı yaratdığı komissiyada qoyunu qurda tapşırıb - Yafəz Əkrəmoğlu

Müsavat mühacir alveri ilə bağlı yaratdığı komissiyada qoyunu qurda tapşırıb - Yafəz Əkrəmoğlu

Tarix: 8 Dekabr 2019 22:32

Bakı. Alpər M - Trend:

Arayış alveri iddialarını guya araşdırmaq üçün Müsavat partiyasının bir müddәt әvvәl yaratdığı "Komissiya" öz hesabatını açıqlayıb. Mәlum olub ki, komissiya heç nә araşdırmayıb. Komissiya üzvlәrinin siyahısına baxanda onsuz da Qoyunun Qurda tapşırıldığı açıq görünür.

Trend-in məlumatına görə, bunu Avropada yaşayan Müsavatçı jurnalist Yafəz Əkrəmoğlu özünün Facebook səhifəsində yazıb.

O, sözügedən komissiyasının üzvlərini özünəməxsus şəkildə təsnifatlaşdırıb:

"1. Komissiyanın sәdri: Osman Kazımov - "hamı başqan Arif Hacılını sevmәlidi" sözlәrinin müәllifi, partiyada yaltaqlığı tәbliğ edәn hüquqşünas. Nәzәrә alsaq ki, sәnәd alveri iddiasında başda duran şәxs başqan Arif Hacılı özüdür, komissiyanın gәldiyi nәticә açıqlanmamışdan mәlumdu.

2. Nemәt Kәrimli - 2017- ci ildә Müsavat AKM-i Avropada Müsavatın sәnәd satan kiçik marketi adlandırmışdı. Ancaq sonradan nәdәnsә fikrini 180 dәrәcә dәyişdi vә sәnәd alverçilәri adlandırdığı şәxslәri qızğın müdafiә etmәyә başladı.

3. Fәrәc Kәrimli - Müsavat Laçın tәşkilatının "kuratoru"dur. Müsavat partiyasından Avropaya әn çox "siyasi mühacir"i bu tәşkilat göndәrib. Xeyir ola, Fәrәc Kәrimli "siyasi mühacir" alveri iddialarını obyektiv araşdırsın. Özü özünü ifşa edәcәk?

4. Sәxavәt Soltanlı - geniş şәrhә ehtiyac yoxdur.

Bu tәrkibdәki komissiya üzvlәri heç nә araşdırmadan qәrara gәliblәr ki, bu iddialar "hakimiyyәtin sifarişi ilә" hәyata keçirilir.

"Hakimiyyәtә işlәyirlәr" qaralamsı müxalifәtin onları tәnqid edәn daxili rәqiblәrә qarşı işlәtdiyi әn kәskin "silah"dır. Hesab edirlәr ki, bununla mәsuliyyәtdәn yayınırlar. Elә bilirlәr ki, hamı bunlara inanacaq.

Әslindә isә Komissiya üzvlәrinin әn azı yarısı iddialar, faktlar ortaya qoyan partiya üzvlәrindәn ibarәt olmalı idi. Mәsәlәn, Tofiq Yaqublu, Yadigar Sadıqlı, Alya Yaqublu. Qorxublar, etmәyiblәr".

Daha sonra jurnalist əlavə edib: "Arif Hacılının arayış alverini ifşa etdiyimiz üçün utanmadan bizi "hökumәtin adamı" adlandırırlar. Ayıblarınızı örtmәk üçün heç olmazsa gedin, başqa bәhanәlәr tapın".

Xatırladaq ki, ötən ay Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər.


Etiketlər:  Müsavat mühacir alveri ilə bağlı yaratdığı komissiyada qoyunu qurda tapşırıb Yafəz Əkrəmoğlu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ