Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Durov Fransada ''ilişib qaldı''

Durov Fransada ''ilişib qaldı''

Tarix: 6 Fevral 2025 14:10

"Telegram" mesencerinin qurucusu Pavel Durova qarşı Fransada açılan istintaq işi ən azı daha bir il davam edəcək.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Wired" nəşri yazıb.

Məlumata görə, prokurorluğun nümayəndəsi nəşrə bildirib ki, Durovun işi məhkəməyə çıxarılana qədər hələ bir il və ya daha çox müddət uzanacaq. Barışıq sazişinin bağlanması barədə danışmaq da hələ tezdir.

"Wired"in qeyd etdiyi kimi, Durov "Parisdə ilişib qalıb".

Qeyd edək ki, daha əvvəl Paris Prokurorluğu Durovun işi üzrə məhkəmə iclasının vaxtının hələ təyin edilmədiyin bildirmişdi.

Xatırladaq ki, Pavel Durov 2024-cü il avqustun 24-də Le-Burje hava limanında saxlanılıb. Hazırda o, 5 milyon avro girov qarşılığında azadlığa buraxılıb və ona Fransa ərazisini tərk etmək qadağan olunub. Durov müntəzəm olaraq polisdə qeydiyyatdan keçməlidir.

Durov üçüncü şəxslər tərəfindən "Telegram"dan istifadə edilməklə, müxtəlif cinayət əməllərində ittiham olunub.


Etiketlər:  Durov Fransada ilişib qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ