Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2025 14:34
İstanbulun mərkəzində restoran yanır, hadisə yerində çox sayda yanğınsöndürmə briqadaları işləyir.
Sonxeber.net bildirir ki, restoran tarixi Misir bazarının yaxınlığında, Eminönü ərazisində yerləşir.
Obyekt beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşir, alov yuxarı mərtəbələrə və qonşu binalara yayılıb.
Hələlik binanın içərisində insanların qalıb-qalmadığı məlum deyil. Həmçinin ölən və xəsarət alanlar barədə məlumat yoxdur.
Hadisə yerində təcili tibbi yardım briqadaları da işləyir. /Report