Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vəfat edən şəxsin pensiya kapitalını vərəsələri ala bilər? - VİDEO

Vəfat edən şəxsin pensiya kapitalını vərəsələri ala bilər? - VİDEO

Tarix: 11 Fevral 2025 08:08

Vətəndaş illərlə işləyir və pensiya kapitalında müəyyən məbləğ toplanır.

Əgər şəxs pensiya yaşına çatmamış və ya pensiya almağa başladıqdan sonra kapitalını tam istifadə etməmiş vəfat edərsə, onun fərdi hesabında toplanmış pensiya kapitalının aqibəti necə olur?

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, vəkil Kamandar Hüseynov deyir ki, vəfat edən şəxsin pensiya kapitalı vərəsələrə ödənilə bilər.

Ölən şəxsin ailə üzvləri notarius vasitəsilə vərəsəlik hüququ əldə etdikdən sonra Dövlət Sosial Müdafiə Fondundan vəsaiti almaq üçün müraciət edə bilərlər.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili də bildirir ki, şəxsin topladığı pensiya kapitalı o vəfat etdikdə onun ailə üzvlərinin sosial təminatına yönəldilir.

Qurum rəsmisi həmçinin qeyd etdi ki, pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar, ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur.

Daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  Vəfat edən şəxsin pensiya kapitalını vərəsələri bilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ