Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''da ''yarpaq tökümü'' - daha bir ulduz getdi - FOTO

''Qarabağ''da ''yarpaq tökümü'' - daha bir ulduz getdi - FOTO

Tarix: 11 Fevral 2025 16:46

"Qarabağ" futbolçusu Riçard Almeyda ilə yollarını ayırıb.

Sonxeber.net klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2012-2018, 2019 və 2021-2025-ci illərdə "köhlən atlar"da çıxış edən oyunçu 376 matçda 64 qol vurub.

Almeyda Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandanın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.


Etiketlər:  Qarabağda yarpaq tökümü daha ulduz getdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ