Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2025 23:35
ABŞ prezidenti Donald Trampın "Super Bowl" yarışını stadiondan izləməsi ulduz müğənni Teylor Svift üçün xoşagəlməz halla nəticələnib.
Sonxeber.net xarici mediaya istinadla xəbər verir ki, məşhur müğənni sevgilisi Trevis Kelsini dəstəkləmək üçün "Kansas City Chiefs" komandasının oyununu stadiondan izləyib. Onun böyük ekranda göstərilməsi azarkeşlər tərəfindən etirazla qarşılanıb.
Buna qədər isə ekranda Ağ Ev rəhbəri Donald Tramp nümayiş etdirilib. Azarkeşlər onu böyük coşqu ilə qarşılayıblar.
Trampın seçki kampaniyası zamanı onu tənqid edən Teylor Svift ekranda göstərilərkən isə azarkeşlər onu fitə basıblar.