Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2025 15:50
"Son zamanlar bizi kədərləndirən məqam var. Məşhurlardan kimsə vəfat edəndə bizə yazırlar ki, kaş, sən ölərdin. Azər Baxşəliyev rəhmətə gedəndən sonra da eyni hal yaşandı".
Sonxeber.net xəbər verir ki, bu sözləri ARB efirində qonaq olan aktyorlar Elvin-Elvina cütlüyü deyib. Aktrisa biıdirib ki, şərhləri oxuduqca kədərlənir:
"Elvini Allah saxladı. Demək ki, yaşaması lazım imiş. Həmkarlarımızın vəfatı bizi üzür. Amma kiminsə gəlib mənfi rəylər yazmasını anlaya bilmirik. Elvin yaşadı deyə günahkarmı oldu?"
Qeyd edək ki, aktyor Elvin Ağayev qaraciyər serrozundan əziyyət çəkirdi.