Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2025 09:36
Fevralın 17-da kriptovalyuta birjalarında "Bitkoin" ucuzlaşıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:14-də "CoinMarketCap" platformasında 1.38% ucuzlaşaraq 96 153 ABŞ dolları təşkil edib.
Son bir gündə paralel olaraq "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.39% azalaraq 2660 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP 3.57%, Tether 0,01% azalıb, BNB isə 1.96% bahalaşıb.
Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.