Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bizi paxıl bilirlər''

''Bizi paxıl bilirlər''

Tarix: 17 Fevral 2025 15:30

"Başqalarının uğuruna sevinmək lazımdır, çünki sevinməyən insan öz uğurunu da qazana bilməz. Lakin bəzən başqalarının yalan üzərində qurulmuş, saxta piar və bədbəxtlik üzərində formalaşmış uğur görüntüsünü görürük".

Sonxeber.net xəbər verir ki, bu sözləri aparıcı, prodüser Tarix Əliyev (Tolik) instaqramda yazıb. 

Tolik "Bu səbəbdən də onlara irad bildirəndə, bizi paxıl və ya kiməsə qarşı qərəzli hesab edirlər. Biz olduğumuz kimi görünməliyik, çünki tək qaldığımızda və ya televiziya ekranında göstərdiyimiz obrazdan fərqli biri olduğumuzda, daxili narahatlıq hiss edirik. İstər müğənnilər, istər aparıcılar, istər aktrisalar, istərsə də bütün tanınmış insanlar üçün bu həyat bir dəfə verilir. Biz onu başqalarının fikirlərinə görə yox, özümüz üçün gözəl yaşamalıyıq" deyə, sözlərinə davam edib. 


Etiketlər:  Bizi paxıl bilirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ