Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2025 09:04
İtaliya Kubokunda üçüncü 1/4 final matçı başa çatıb.
Sonxeber.net xəbər verir ki, "İnter" doğma arenada "Latsio"nu sınağa çəkib.
Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Rəqibinin qapısından 2 cavabsız top keçirən "neradzurri" adını son 4 komanda sırasına yazdırıb - 2:0.
Beləliklə də, İnzaginin yetirmələri yarımfinalda "Milan"a rəqib olublar.
Digər yarımfinal cütlüyündə isə "Bolonya" "Yuventus" - "Empoli" matçının qalibini gözləyir. /Oxu.Az