Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sevdiyim şəxs var, amma evlənmirik...” – Kəmalə Günəşli

“Sevdiyim şəxs var, amma evlənmirik...” – Kəmalə Günəşli

Tarix: 5 Mart 2025 08:05

Müğənni Kəmalə Günəşli "ATV"də yayımlanan "Rəngarəng" verilişində verdiyi açıqlamaları ilə növbəti dəfə gündəmə gəlib.

Sonxeber.net xəbər verir ki, o, evliliklə bağlı suallara belə cavab verib.

"Tək deyiləm. Tək niyə oluram ki? Həyatımda adam var, amma evlənmirik. Ailə qurmağı düşünmürəm. Mənim ərə gedən vaxtım deyil axı. Bundan sonra bizdə toy ola bilər, ancaq oğluma, qızıma... Gəlinlik geyinən çağım deyil. Rəsmi nikah önəmlidir, amma özüm boyda iki övladım var. Övladlarım böyükdür, olmaz. Sevdiyim şəxs var, o, da məni sevir. Lazım gələndə mənə bahalı hədiyyələr alır. Sevgi lazımdır, amma bu da lazımdır. Bu elə dəyər verməkdir", - müğənni qeyd edib. (Pravda.az)


Etiketlər:  Sevdiyim şəxs amma evlənmirik Kəmalə Günəşli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ