Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağ Evdə tapılan narkotik Baydenə məxsusdur - Tramp

Ağ Evdə tapılan narkotik Baydenə məxsusdur - Tramp

Tarix: 5 Mart 2025 09:06

ABŞ prezidenti Donald Tramp Ağ Evdə tapılan kokainin Co Baydenə və ya oğlu Hanterə aid olduğunu bildirib.

Sonxeber.net xəbər verir ki, Tramp bu barədə "The Spectator"a danışıb.

O, kokainin tapıldığı yerdə bütün barmaq izlərinin silindiyini deyib:

"Orada pis bir şey olduğu üçün bu məsələyə yenidən baxacağam. Bu, ya Coya, ya da Hanterə aiddir. Bəlkə də elə Coya məxsusdur".

Xatırladaq ki, 2 iyul 2023-cü ildə ABŞ Məxfi Xidməti Ağ Evdə şübhəli maddə tapıb. Onun kokain olduğu ortaya çıxıb. Hadisə Ağ Evdə gücləndirilmiş təhlükəsizlik xəbərdarlığına və qısa evakuasiyaya səbəb olub. Hadisə baş verən və təxliyə edilən zaman Co Baydenin Ağ Evdə olmadığı öyrənilib.

Məxfi Xidmətin hadisə ilə bağlı araşdırmasını başa çatdırdığı, lakin kokainin mənşəyini tapa bilmədiyi bildirilir. /Publika.az


Etiketlər:  Evdə tapılan narkotik Baydenə məxsusdur Tramp


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ