Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış müğənni Bakıdan köçmək istəyir - FOTO

Tanınmış müğənni Bakıdan köçmək istəyir - FOTO

Tarix: 5 Mart 2025 16:00

Müğənni Tacir Şahmalıoğlu Qarabağa köçmək istəyir.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində deyib. Obildirib ki, ən gözəl səsi olanlar Qarabağda doğulurlar:

"Qarabağımız qayıdıb, ora köç olacaq. Səs o dağlardan gəlir. O, sudan, havadan... Bakıdan elə möhtəşəm səs yarana bilməz".

Müğənni aparıcı Aytəkin Mərdanavonanın "Ağdama köçəcəksiniz" sualına "Müəllim kimi qalan ömrümü orada keçirə bilərəm" cavabını verib. 

T.Şahmalıoğlu Qarabağ Universitetdə çalışmaq arzusundan da söz açıb:

"Əlbəttə gedərəm, köçərəm, yaxşı da tələbə hazırlaşdıraram".


Etiketlər:  Tanınmış müğənni Bakıdan köçmək istəyir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ