Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2025 06:35
"Ezel" serialındakı "Ramiz Karaeski" obrazı ilə məşhurlaşan türkiyəli aktyor Ufuk Bayraktar Azərbaycana gəlib.
Sonxeber.net xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi ölkəmizə "Dayı: Bir Adamın Hikayesi 2" filminin qala gecəsi üçün təşrif buyurduğunu bildirib. O, milli mətbəximizi bəyəndiyini açıqlayıb:
"Azərbaycana bu gün gəldik. Sabah gəzməyə vaxtımız çox olacaq. Mətbəxinizdəki yeməklərin dadına baxdıq. Hər biri çox gözəldir".
Ufuk Bayraktar Azərbaycandan tanıdığı məşhurlardan da danışıb:
"Mən "Çırpınırdı Qara dəniz" mahnısını ifa edən bacımız Azərini çox sevirəm. Bir də sevdiyim bir uşaq var. Prezindent İlham Əliyevin qarşısında çıxış edən Kənan Bayramovu ( Əməkdar artist Təyyar Bayramovun oğlu) çox sevirəm. Çəkilişlərdə səhnələrimə Kənanın ifasını dinləyib hazırlaşırdım". (Axşam.az)