Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Davit Manukyan: Xankəndidəki mənzilimdə tapılan silahlar Ermənistan Polis İdarəsində qeydiyyatdadır

Davit Manukyan: Xankəndidəki mənzilimdə tapılan silahlar Ermənistan Polis İdarəsində qeydiyyatdadır

Tarix: 6 Mart 2025 20:57

Martın 6-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan evində tapılmış silahlar barədə də danışıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs sərbəst ifadəsi zamanı Xankəndidəki mənzilində iki silahı olduğunu deyib:

"Biri tapança, o birisi isə yivli ov tüfəngi. Hər iki silah Ermənistan Respublikasının Polis İdarəsində qeydiyyatdadır".

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 10-da davam etdiriləcək.


Etiketlər:  Davit Manukyan Xankəndidəki mənzilimdə tapılan silahlar Ermənistan Polis İdarəsində qeydiyyatdadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ