Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2025 20:42
Qadınlar arasında İspaniya kubokunda "Barselona" və "Real" arasında keçirilən ilk oyun başa çatıb.
Sonxeber.net xarici KİV-ə istinadla xəbər verir ki, bu oyunda Kataloniya klubu "qaymaqlılar"ı 5:0 hesabı ilə məğlub edib.
"Blauqrana"nın hücumçusu Eva Payor het-trik edib.
"Barselona" və "Real" arasında cavab oyunu martın 12-də keçiriləcək.
"Blauqrana" qadınlar arasında İspaniya Kubokunun hazırkı sahibləridir. Bu turnirin son buraxılışının finalında "Barselona" "Real Sosyedad"la qarşılaşıb. Kataloniya klubu San Sebastyanlıları 8:0 hesabı ilə məğlub edib.
Qadınlardan ibarət "Barselona" bu yarışda qələbə sayına görə də rekordçudur.
"Blauqrana" 10 dəfə İspaniya kubokunun qalibi olub.