Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Məni görəndə üzümə gülür, amma...” - Türkandan Elgizə

“Məni görəndə üzümə gülür, amma...” - Türkandan Elgizə

Tarix: 8 Mart 2025 07:30

Müğənni Türkan Vəlizadə aparıcı Elgiz Əkbəri tənqid edib.

Bu haqda sənətçi qonaq olduğu "Rəngarəng" verilişində danışıb.

Proqramın aparıcısı Zaur Nəbioğlunun "Elgiz Əkbərin bir videosunu gördüm. Orada deyirdi ki, "Mən Türkan Vəlizadədən çox digər xanım ifaçını bəyənirəm" sözlərinə müğənni belə cavab verib:

"Hər kəs məni sevməyə bilər. Zövqlər müxtəlifdir. Heç kimə deyə bilmərəm ki, məni sev. Yəqin bu da onun fikridir. Onun bu fikirlərinə hörmətlə yanaşıram. Təşəkkür edirəm, ola bilər... Mən bu məqamlara görə artıq insanların səmimiyyətinə inanmıram. Çünki məni görəndə üzümə gülürlər, qarşıma gələrək gözəl münasibət göstərirlər. Sonra isə arxada, yəni efir önünə keçən kimi müəyyən sözlər danışırlar. Heç kimin səmimiyyətinə inanmıram".   (olay)


Etiketlər:  Məni görəndə üzümə gülür amma Türkandan Elgizə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ