Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2025 09:48
UEFA Avropa kuboklarında dünən başa çatan 1/8 final mərhələsinin ilk oyunlarından sonra reytinq siyahısına yeniləmə edib.
Sonxeber.net xəbər verir ki, siyahıda Azərbaycan əvvəlkitək 7 klubla təmsil olunur.
Fevralın 21-də açıqlanmış son reytinqlə müqayisədə Azərbaycanın siyahıda ən üst mövqeyə malik təmsilçisi "Qarabağ"ın mövqeyində dəyişiklik olub. Ağdam təmsilçisi 1 pillə geriləyərək 67-ci yerə düşüb. Onun ehtiyatında 32.000 xal var.
Ümumilikdə Azərbaycan klublarının son reytinq sıralaması aşağıda qeyd edilən kimidir:
67 (-1). Qarabağ" - 32.000
187 (0). "Neftçi" - 8.000
310 (0). "Zirə" - 4.000
311 (0). "Sabah" - 4.000
315 (0). "Sumqayıt" - 4.000
332 (-4). "Qəbələ" - 3.000
333 (-3). "Şamaxı" - 2.500
Klub reytinqinə isə əvvəlkitək "Real" Madrid (142.000 xal) başçılıq edir. /Qol.az