Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızıl sürətlə BAHALAŞIR

Qızıl sürətlə BAHALAŞIR

Tarix: 8 Mart 2025 11:24

Əgər ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) faiz dərəcələrini kəskin şəkildə azaldarsa və dollar indeksi zəifləyərsə, qızılın bahalaşması qaçılmaz olacaq. Çünki dolların dəyəri düşəndə, qızılın qiyməti artır. Hazırda isə investorlar FES-in qərarlarını yaxından izləyirlər.

Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli dünya qızıl bazarında qiymətin sürətlə qalxması barədə danışarkən deyib.

"Qızılın dəyəri bir çox amillərdən asılıdır. Xüsusilə, qlobal iqtisadi və geosiyasi qeyri-sabitlik dövrlərində investorlar daha çox qızıla yönəlirlər ki, sərvətlərini qoruya bilsinlər. Hazırda dünyada iqtisadi qeyri-müəyyənlik davam edir, müharibələr və maliyyə bazarlarındakı dalğalanmalar qızıla olan tələbi artırır", - o bildirib.

Natiq Cəfərli hesab edir ki, yaxın aylarda qızılın qiymətinin yüksəlməsi mümkündür:

"Əgər qızılın unsiyası 3000 dollar səviyyəsinə çatsa, müəyyən müddət ərzində orada sabit qala bilər. Qlobal iqtisadi mənzərədən asılı olaraq qiymətlərdə daha çox artımın müşahidə olunması mümkündür".

Qeyd edək ki, dünya bazarında hazırda qızılın bir unsiyası 2,663.30 dollaradır.

Azərbaycan bazarında isə qızılın 1 unsiyası 4,868.6810, 1 qramı 156.53 manatadır.


Etiketlər:  Qızıl sürətlə BAHALAŞIR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ