Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2025 12:51
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində şair, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və aktyor Kamran Ağabalayevin iştirakı ilə qiraət günü keçirilib.
8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təşkil olunmuş ilk qiraət günü ədəbiyyatda qadın mövzusu, Azərbaycan qadınlarının tarixi və cəmiyyətdəki roluna həsr olunub. Mərkəzin təlimçiləri və benefisiarlarının ifasında şair İlqar Fəhminin yaradıcılığından şeirlər, musiqi nömrələri ifa olunub.
Davamlı təşkili nəzərdə tutulan layihənin məqsədi həssas əhali qruplarından olan şəxslərin mütaliəyə marağının artırılması, ədəbiyyatımızın müasir nümayəndələri ilə yaxından tanışlığına imkan yaratmaqdır.