Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib - FOTO

Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib - FOTO

Tarix: 8 Mart 2025 16:58

Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə "İdman həftəsi" çərçivəsində martın 8-də Bakıda xanımların veloyürüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, müxtəlif sahələrdə çalışan xanımların iştirakı ilə baş tutan veloyürüş Dənizkənarı Bulvar ərazisində təşkil olunub.

Veloyürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.

Veloyürüşün təşkilində əsas məqsəd həvəskar xanım velosipedçilərin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, ekoloji nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək və qadınları velosipeddən istifadəyə həvəsləndirməkdir. Veloyürüş zamanı xanımlar Azneft dairəsi - Dəniz Vağzalı marşrutu üzrə hərəkət ediblər.


Etiketlər:  Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ