Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2025 17:20
Almaniyanın "Nürnberq" futbol klubunun baş məşqçisi Miroslav Kloze azərbaycanlı hücumçu Mahir Emrelinin müqəddəs Ramazan ayında orucluq müddətində işlərinin necə olacağı haqda danışıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı Mahir Emrelinin oruc tutsa da, komandadan geri qalmadığını bildirib.
"Mahirlə Ramazan bayramı ərəfəsi çox vacib söhbətlərimiz oldu. Çünki futbolçu olduğum illərdə mənim də həmin müddətdə içməyən, yeməyən çoxlu komanda yoldaşlarım var idi. Məşqçi kimi belə məsələlərdə çox diqqətli olmalıyam. Bəli, o çalışır və mən bunu gizlətmirəm. Mahir oruc tutmağa çox ciddi riayət edir. Bu səbəbdən Mahirə hörmət edirəm".