Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2025 08:48
Tələbə təqaüdlərinin də artırılacağı gözlənilir. Ölkədə pensiyaların artırılmasından sonra bir sıra təqaüdlərin və müavinətlərin də artırılması gözlənilir.
Bunu "Xəzər Xəbər"ə müsahibəsində Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, dövlət başçısının ötən ilin dekabrında imzaladığı sərəncama əsasən, müavinət və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti 3 ay müddətində bu istiqamətdə təkliflərini və maliyyə qiymətləndirməsini dövlət başçısına təqdim etməli idi.
Bu o deməkdir ki, martın 2-ci yarısında Nazirlər Kabineti tərəfindən bütövlükdə müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin ölkə rəhbərinə təqdim ediləcəyi gözlənilir.
Daha ətraflı videomaterialı təqdim edirik.