Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mətanət həmin hadisəni danışıb AĞLADI - FOTO

Mətanət həmin hadisəni danışıb AĞLADI - FOTO

Tarix: 10 Mart 2025 19:30

"3 yaşım olanda Sumqayıt şəhərində yerləşən 38 saylı "Şəfəq" baxçasına gedirdim. 4 yaşım olanda gəlib dedilər ki, Bakıdan, Azərbaycan Televiziyasından (AzTV) gəlib Sumqayıtı gəzib diribaş qız axtarırlar. Əgər belə bir istedadlı qız tapsalar o AzTV-nin diktoru Hicran Hüseynovla Sumqayıta aid veriliş aparacaq. Onlara məhz 4-5 yaşlı uşaq lazım idi. Mənə gəlib dedilər ki, Sumqayıtda bütün baxçalar içərisində yoxlayıblar və bu kriteriyalara uyğun səni seçiblər. Mən çox sevinirdim".

Sonxeber.net bildirir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva "YouTube"da yayımlanan "Özümüz olaq" layihəsinə müsahibəsində deyib.

Uşaqlıq xatirələrini dilə gətirən Mətanət göz yaşı axıdıb:

"Dedilər ki, qara ətək, ağ köynək və boğazına qara bant taxmalısan. O zamanlar bu geyimi almaq çox çətin idi. Həmin anlar yadıma düşdü (ağlayır). Anam gecə ilə evdən bir parça tapdı. Ölçülərimi götürdü. Bizdə paltartikən maşın yox idi. Çox ideal şəkildə əl ilə tikə bilirdi. Kənardan baxsaydın görərdin ki, bunu maşın tikib. Təsəvvür edin ki, o qat-qat ətək tikmişdi. Səhər durub gördüm ki, ətəyim və bantım hazırdır. Köynəyim isə var idi. Qısa, qara, ipək kimi saçlarım var idi. Sevincdən uçurdum. İmkan yox idi elə bir geyimi almağa. Anam xəstə idi, atam tək işləyirdi. Sizə sovet dövründən, 1975 -ci illərdən, çətin vaxtlardan danışıram. Anamla bağçaya gəldim. Gördüm ki, AzTV-nin böyük kameraları quraşdırılıb. Mən oxuya bilmirdim. Hicran Hüseynov danışırdı mən isə özümdən iprovizələr edirdim. O qədər gözəl çıxış etdim sanki illərin aparıcısıyam. O gündən özümə məqsəd qoydum. Tamaşalar göstərirdim. Mən 3 yaşımdan fortepianoda 3 mahnı ifa etməyi öyrənmişdim - "Tarla qızları", "Sobaçiy vals" və "Cücələrim"".

Əliverdiyeva bildirib ki, o ailədə azad şəkildə böyüyüb:

"Atamın dostları bizə qonaq gəlirdi. Onlara mahnılar oxuyurdum, tamaşalar göstərirdim. Onlar mənə deyirdilər ki, bu "artistka" olacaq. Atam da deyirdi ki, nə istəyirsə olsun. Mən azad ailədə böyümüşəm. Azadlığı mənə çox verirdilər. Mən heç zaman nə qış nə də ki yay tətilini evdə keçirmirdim. Bütün MDB ölkələrini gəzirdim. Mənim çox gözəl dünya görüşüm var. Atamla dünyanı gəzmişəm. Biz mağazaları deyil, muzeyləri gəzirdik. Uşaqlıqdan hər şeydən anlayışım var. Mənim bünövrəm çox gözəl şəkildə qurulub". /olay.az


Etiketlər:  Mətanət həmin hadisəni danışıb AĞLADI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ