Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onun itkisi çox ağır idi'' - İlk dəfə DANIŞDI - FOTOlar

''Onun itkisi çox ağır idi'' - İlk dəfə DANIŞDI - FOTOlar

Tarix: 10 Mart 2025 20:40

Türkiyəli aktrisa Özgü Namal "İnstyle" jurnalı üçün kamera qarşısına keçib.

Sonxeber.net xəbər verir ki, aktrisa nəşrə ilk dəfə 5 il əvvəl dünyasını dəyişən Ahmet Serdar Oral haqqında danışıb.

"Həyat yoldaşımın itkisi çox çətin və ağır idi. Şübhəsiz ki, dünyada bütün itkilər ağırdır, heç bir ağrını başqası ilə müqayisə etmirəm. Amma indi deyə bilərəm ki, artıq bütün ağrılarla empatiya qura bilirəm. Çünki ən böyük ağrını yaşadım. Ətrafımdakı bir çox insan məni həyata qaytarmaq istəyirdi. Amma hər kəsə dedim ki, zəhmət olmasa, icazə verin, qoyun bu ağrını layiq olduğu kimi yaşayım, yox olub bitənə qədər gözləyim. Və bir gün özümü hazır hiss edəndə ayağa qalxım.

Bu qədər sıx sevgi və məhəbbət varkən birini itirəndə, o, öləndə siz də ölürsünüz. Uşaqlarımla birlikdə yenidən doğulmaq üçün vaxta ehtiyacımız var idi".

Qeyd edək ki, Özgenin həyat yoldaşı 2020-ci ildə ürək tutmasından vəfat edib. Onlar 2014-cü ailə qurub və 2 övladları var. 

Özge Namal 9 il karyerasına ara verdikdən sonra "Kızıl goncalar" serialına çəkilib. /Axşam.az


Etiketlər:  Onun itkisi çox ağır İlk dəfə DANIŞDI FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ