Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Maşınların ən dəbdə olanını, bahalısını almışam''

''Maşınların ən dəbdə olanını, bahalısını almışam''

Tarix: 11 Mart 2025 19:05

"Ömrümün 30 ili yollarda keçib: o rayon, bu şəhər, qəsəbə. Ölkədaxilində toylara gedəndə özüm idarə edirdim. Amma son 7 ildir heç maşın sürmürəm. Tıxaclardan, dayanacaqlardan yoruldum, sürməyi bacarmayanlar da çoxalıb".

Sonxeber.net xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Yollar bizi ayırmasın" verilişində deyib. Müğənni 7 ildir avtomobil idarə etmədiyini bildirib. 

N.Ələsgərli keçirtdiyi qəzadan danışıb:

"Rayona toya gedirdim, ailə üzvlərim də mənimlə gedirdi. Onları rayona qoyub, toy olan yerə getdim. Gecə tək qayıtdım. Böyük tırın siqnal səsinə oyandım. Yoxsa onun altında qalacaqdım. Maşın fırlandı durdu. Yolda yata da bilməzdim. Şəmkirdən Bakıya kimi necə gəldim Allah bilir. Tövbə etdim ki, bir də gecə yola çıxmayacağam".

Müğənni illər əvvəl maşını təhlükəsizlik kəməri taxmadan sürdüyünü etiraf edib:

"Maşınların ən dəbdə olanını, bahalısını almışam. Ürəyim istəyəni alıb sürmüşəm. Kəmər taxmaq, telefona cavab vermək olmaz. O vaxt kəmər taxmırdım. O vaxt kəmər taxana pis sürücü kimi baxırdılar. Sonra düz yola qayıtdım".  /Axşam.az


Etiketlər:  Maşınların dəbdə olanını bahalısını almışam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ