Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ onun tutulmasına görə 10 milyon dollar MÜKAFAT QOYDU - FOTO

ABŞ onun tutulmasına görə 10 milyon dollar MÜKAFAT QOYDU - FOTO

Tarix: 11 Mart 2025 20:18

ABŞ-da keçmiş olimpiyaçının saxlanılması üçün 10 milyon dollar mükafat təklif olunur

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 2002-ci il Qış Olimpiya Oyunlarında iştirak etmiş Rayan Ceyms Vedinqin tutulmasına görə 10 milyon dollar mükafat təyin edib.

Sonxeber.net xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.

Vedinq Kanadanın snoubord üzrə olimpiya yığmasının üzvü olub. O, transmilli narkotik ticarəti şəbəkəsinə rəhbərlik etməkdə ittiham edilir. 

İstintaqın məlumatına görə, Vedinqin şəbəkəsi Kolumbiyadan kokain qaçaqmalçılığı ilə məşğul olub. Bundan əlavə, keçmiş idmançı narkotik alveri ilə əlaqəli bir sıra qətllərin təşkilində günahlandırılır.
Vedinq 2024-cü ildə Meksikada həbs edilsə də, hazırda onun harada olduğu məlum deyil. O, ABŞ federal həbsxanasında ömürlük azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.
Məhkəmə materiallarına əsasən, Vedinqin şəriki Endryu Klark olub. İstintaq onların narkotik partiyasını oğurladığı iddia edilən iki nəfərin öldürülməsinə sifariş verdiyini ehtimal edir. /Qaynarinfo


Etiketlər:  ABŞ onun tutulmasına görə milyon dollar MÜKAFAT QOYDU FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ