Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiyanın bizi buna məcbur etməyəcəyinə inanırıq''

''Rusiyanın bizi buna məcbur etməyəcəyinə inanırıq''

Tarix: 11 Mart 2025 20:51

ABŞ ümid edir ki, Ukraynadakı münaqişənin həllinə kömək etmək üçün Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə ehtiyac qalmayacaq.

Sonxeber.net axar.az-a istinadən bildirir ki,  bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

"Bu məqamda hər kəsə aydın olmalıdır ki, ABŞ-ın Rusiya tərəfinə də təsir etməyə imkan verən vasitələri var. Bununla belə, ümid edirik ki, vəziyyət bu həddə gəlib çatmayacaq", - o bildirib.

Rubionun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın məqsədi münaqişədən çıxmaq üçün hər iki tərəfi, Moskva və Kiyevi danışıqlar masasına çəkməkdir:

"Trampın antirusiya məhdudiyyətlərinin daha da sərtləşdirilməsinin mümkünlüyü ilə bağlı son şərhləri hər şey dağılacağı təqdirdə ABŞ-ın alətlərinin olduğunu xatırladır. Amma ümid edirik ki, bu baş verməyəcək. Həqiqətən ümid edirik. Ümid edirik ki, bu, belə olmayacaq".


Etiketlər:  Rusiyanın bizi buna məcbur etməyəcəyinə inanırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ