Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2025 03:05
Məşhur italiyalı model Byanka Balti iki xərçəng növü ilə mübarizə aparır.
Sonxeber.net xəbər verir ki, o süd vəzi xərçəngindən sonra yumurtalıq xərçəngi xəstəliyinə tutulub. İndi o hər iki xərçəng növünə qarşı müalicə olunur.
Kimyaterapiya olunan 40 yaşlı Byankanın saçları da tökülməyə başlayıb. Model gözəllik barədə düşünmədiyini, sadəcə bu xəstəlikdən canını qurtarmağa çalışdığını bəyan edib:
"Gözəl olmaq barədə düşünmürəm. Saçlarımı itirmək mənə güc verdi. Çünki ən seksual və ya məftunedici qız olmaq üçün yarışmıram. Qarşımdakı bir çox maneəni qaldırdı. Artıq sübut edəcək bir şeyim yoxdur. Həyatım üçün mübarizə aparıram. Qırmızı xalıda gəzməkdən də qorxmuram".
Xatırladaq ki, modelin 9 və 17 yaşında qızları var. /BAKU.WS