Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2025 19:55
Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva paylaşımı ilə diqqət çəkib.
Sonxeber.net xəbər verir ki, o, türkiyəli sosial media fenomeni Şeyma Subaşının ikinci həyat yoldaşı, misirli milyarder Mohammed Alsaloussi haqqında açıqlamasını paylaşıb.
Şeyma açıqlamada "İkinci həyat yoldaşımla bağlı hadisədir: Güzgüyə baxanda özümə "Nə edirsən? Öz dəyərini necə belə düşürürsən? Necə bu adamın mənə bunu deməsinə və etməsinə icazə verirəm" deyirdim. Deyirdim ki, bundan çıxmalısan. Amma yenə geri dönürdüm. Şükür ki, həmin ərəfəni geridə qoydum. Çox ağır yaşadım. Münasibətdə bunu mənə yaşadan insana görə. Güzgüyə baxırsan və özünü sevmirsən. Qarşındakı isə səni hər şeylə aldada bilir. Qaranlıq dönəmə girdim, amma gözəl çıxdım" sözlərini deyib.
Aynişan isə həmin paylaşıma "Necə tanış hekayə" şərhini yazıb.
Qeyd edək ki, Aynişan və fitnes müəllimi olan Kənan 2020-ci ilin fevralında ailə qurub. Onlar həmin ilin dekabrında ayrılıblar. /Axşam.az