Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2025 22:08
Qış transfer pəncərəsində "Qarabağ"dan "Flamenqo"ya transfer edilən Juninyo açıqlama verib.
Sonxeber.net xəbər verir ki, 28 yaşlı futbolçu keçid reallaşdıqdan sonra üzləşdiyi çətinliklərdən danışıb. O, adaptasiya prosesində problem yaşadığını bildirib:
"Mən burada bir az əziyyət çəkdim. Çünki çox soyuq bir yerdən gəldim. İndi Rio de Janeyronun bu istisinə dözməli oluram. Bu isə hər şeyi dəyişir. Yemək, iqlim, saat fərqləri... Və nəticədə mənə ziyan dəydi. Mövsümöncəsi hazırlıqda 10 gün təkbaşına məşq etməli oldum. Heç də asan deyildi. Amma indi zədədən sonra çalışmaq və heyətdə yer almaq lazımdır".
Qeyd edə ki, Juninyo "Flamenqo"nun heyətində keçirdiyi 8 oyunda 2 qol vurub. (Publika.az)