Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2025 11:06
Azərbaycan Respublikası Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını alqışlayır.
Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.
"Bu tarixi saziş Qırğızıstan-Tacikistan arasında dostluq əlaqələrini, Mərkəzi Asiyanın sabitliyini və çiçəklənməsini daha da gücləndirəcək mühüm addımdır. Bu mühüm nailiyyət münasibətilə hər iki qardaş ölkəni ürəkdən təbrik edirik", - paylaşımda bildirilib.