Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vladimir Putin, Aleksandr Lukaşenko və Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng ediblər

Vladimir Putin, Aleksandr Lukaşenko və Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng ediblər

Tarix: 15 Mart 2025 20:15

Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyanın Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, səmimi və dostluq mühitində keçirilmiş telefon söhbəti zamanı prezidentlər dövlətlərarası münasibətlərin gələcək inkişafına dair fikir mübadiləsi aparıblar.

Vladimir Putin dövlətimizin başçısını Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib.

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.

Dövlət baçşıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar.


Etiketlər:  Vladimir Putin Aleksandr Lukaşenko Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ