Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cüdoçumuz Avropa Kubokunda qızıl medal qazandı

Cüdoçumuz Avropa Kubokunda qızıl medal qazandı

Tarix: 15 Mart 2025 22:20

Azərbaycan cüdoçusu Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda qızıl medal qazanıb.

Sonxeber.net xəbər verir ki, 52 kq çəki dərəcəsində tatamiyə çıxan idmançı müvafiq olaraq 1/16 finalda İsveçrə, 1/8 finalda Bosniya-Herseqovina, 1/4 finalda Kanada və yarımfinalda İsveçdən olan rəqiblərini üstələyərək adını finala yazdırıb.

Həlledici görüşdə Moldova cüdoçusu Aleksendra Çironu məğlub edən Aysun Məmmədova millimizin aktivinə ilk medalı yazdırıb.

Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəcəsində 14 qız idmançı ilə təmsil olunur. Avropa Kubokunda 37 ölkədən 813 idmançı iştirak edir.


Etiketlər:  Cüdoçumuz Avropa Kubokunda qızıl medal qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ