Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2025 15:38
Ağcabədidə dələduzluq edən şəxs həbs edilib.
DİN-in mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində etibardan sui-istifadə etməklə vətəndaşa məxsus pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən Elməddin Baxışov saxlanılıb. Araşdırma zamanı onun təqaüd düzəltmək adı ilə 11 000 manat alaraq dələduzluq əməli törətdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Məhkəmənin qərarı ilə E.Baxışov barəsində həbs qətimkan tədbiri seçilib.