Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əxlaqsızlıq yolunun yolçusu özünü psixoloq ADLANDIRIR'' - VİDEO

''Əxlaqsızlıq yolunun yolçusu özünü psixoloq ADLANDIRIR'' - VİDEO

Tarix: 16 Mart 2025 18:12

İndi hər kəs özünə psixoloq deyir. Sosial şəbəkələrdə, dost məclislərində, hətta təsadüfi söhbətlərdə belə hamı insan psixologiyasından danışır, məsləhətlər verir. "Özünü sev!", "Keçmişi burax!", "Düşüncələrini dəyiş, həyatın dəyişsin!" kimi cümlələr hər yerdə səslənir. Ancaq unuduruq ki, psixologiya sadəcə motivasiya sözləri deyil, dərin bilik və təcrübə tələb edən elmdir.

Sonxeber.net bildirir ki, hər problemin arxasında fərqli səbəblər, hər insanın beynində fərqli dünyalar var. Həqiqi psixoloq olmaq üçün təkcə kitab oxumaq yox, insanları dinləməyi və anlamağı bacarmaq da lazımdır. Əks halda, sadəcə boş sözlərdən ibarət "məsləhətçilər" cəmiyyətə fayda vermək əvəzinə, insanlara ziyan da vura bilər. 

Sözügedən mövzuya psixoloq Elmir Əkbər də münasibət bildirib. /show_clab

Ətraflı videoda:


Etiketlər:  Əxlaqsızlıq yolunun yolçusu özünü psixoloq ADLANDIRIR VİDEO


RƏYLƏR